28 May 2022 10:28
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünyanı yeni böhran gözləyir. Rusiyaya bağlı enerji böhranından sonra ikinci ərzaq böhranı olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

Zelenski vəziyyəti qlobal ərzaq təhlükəsizliyi üçün potensial fəlakət kimi qiymətləndirib: “Rusiya Qara dəniz və Azov dənizi vasitəsilə ölkənin əsas ixrac marşrutlarını bağlamağa davam etdiyi üçün Ukraynanın taxıl ixracının demək olar ki, yarısı dayanıb”.

Prezident qeyd edib ki, hazırda anbarlarda 22 milyon ton taxıl saxlanılır: “Biz onları ehtiyac duyulan beynəlxalq bazarlara çatdıra bilmərik. Qıtlıq təkbaşına gəlmir, o, həmişə vəziyyəti daha da pisləşdirən, insanların həyatını məhv edən və insanlar üçün təhlükəli şərait yaradan siyasi xaosla müşayiət olunur. İyul ayında, bir çox ölkənin məhsul ehtiyatlarının tükəndiyi bir vaxtda, fəlakətin böyüklüyünü başa düşəcəklər”.


Müəllif: Yeganə Oqtayqızı