6 İyun 2023 16:28
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 1-dən mayın ilk həftəsinə kimi “Tvitter”in reklam gəliri əvvəlki illə müqayisədə 59 faiz azalaraq 88 milyon dollar olub.

Teleqraf.com xəbər verir ki, bunu “Nyu York Tayms” qəzeti yayıb.

Nəşrin məlumatına görə, şirkətin ABŞ həftəlik satış proqnozları müntəzəm olaraq 30 faizə qədər aşağı düşür.

Hesabata əsasən, şirkətin fəaliyyətinin tezliklə yaxşılaşması gözlənilmir. Reklam verənlərin artan narazılığı və pornoqrafiyaya görə reklam gəlirlərinin azalacağı yöndə narahatlıqlar davam edir.

Qeyd edək ki, “Tvitter”in sahibi İlon Mask bir müddət əvvəl sosial media platformasının reklam işinin yüksəlişdə olduğunu bildirib.

O, bütün reklamçıların geri döndüyünü və şirkətin tezliklə qazanc əldə edəcəyini açıqlamışdı.


Müəllif: Yeganə Oqtayqızı