"Shell" şirkəti ətraf mühitin çirkləndirilməsinə və neft sızmalarına görə, cərimə olunub.
"Royal Dutch Shell" neft-qaz korporasiyası Nigeriyada neft sızmasına görə 83,5 mln dollar ödəyəcək. Teleqraf.com-un “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, qeyd olunan məbləğin 30 mln dollardan çox hissəsi Bodo kommunasına, qalanı isə (50 mln dollardan çox) neft sızmasından zərər çəkmiş fermerlərə veriləcək.
Bundan əvvəl Shell şirkəti Nigeriyanın Delta ştatında baş verən 2 iri neft sızmasına görə məsuliyyəti öz üzərinə götürmüşdü.