22 İyul 2023 18:00
2 396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin həyata keçirdiyi sosial yardımlar çərçivəsində evdar qadınlara ödənişlərin məbləğləri yenidən müəyyən edilib.

Teleqraf.com xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın tapşırığına əsasən, yardım çərçivəsində evdar qadınlara aylıq 3 min 700 TL (243 AZN) ödəniş veriləcək.

Evdar qadınlara ediləcək ödənişlər üçün tələb olunan şərtlər də maraq doğurub. Tələblər aşağıdakı kimidir: Yaşı 18-dən yuxarı Türkiyə Cümhuriyyəti vətəndaşı, hazırda ölkədə yaşayan, mavi kart sahibi, kirayə haqqı ödəyən, evdə oxuyan uşaq sahibi və xroniki xəstəliyi olan analar ödənişlərdən yararlana biləcəklər.

Müraciət edəcək anaların aylıq 2059 TL ilə 3078 TL arasında ödəniş alacağı bildirilib. Anaların iqtisadi yükünü yüngülləşdirmək üçün edilən ödənişlər də ailə büdcəsinə töhfə verəcək.


Müəllif: Yeganə Oqtayqızı