Dünya bazarlarında neftin və neft məhsullarının qiymətlərinin aşağı düşməsi ilə əlaqədar Azpetrol Şirkəti tərəfindən Premium markalı yanacağın pərakəndə satış qiymətinə yenidən baxılıb.
Bu barədə Teleqraf.com-a Azpetrol Şirkətinin Mətbuat xidmətindən məlumat verilib. Məlumta görə, 13 yanvar 2015 ci il tarixindən həmin yanacağın 1 litrinin pərakəndə satış qiyməti 95 qəpikdən 93 qəpiyə endirilib.
30 dekabr 2014-cü il tarixli 1167- İVQD saylı Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən yol vergisinin yanacağın 1 litrinin qiymətinə 2 qəpik əlavə edilərək Premium markalı yanacağın 1 litrinin pərakəndə satış qiyməti 13 yanvar 2015 ci il tarixindən 95 qəpik olaraq müəyyən edilib.
Naibə QURBANOVA