30 Sentyabr 2023 19:47
4 174
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Beynəlxalq maliyyə sistemində dəyişiklik edilməlidir. Çünki inkişaf etməkdə olan ölkələrin kredit öhdəlikləri hərraca bənzəyir. Bu, rüsum kimidir və belə olmamalıdır. Hamımız səylərimizi birləşdirib, beynəlxalq arenadakı qaydaları dəyişməliyik”.

Teleqraf.com xəbər verir ki, bunu Moskvada keçirilən Rusiya-Latın Amerikası Beynəlxalq Parlament Konfransında çıxış edən Prezident Vladimir Putin deyib.

Qlobal iqtisadi sistemi tənqid edən Putin müasir maliyyə sisteminin müəyyən bir qrupun maraqları üçün qurulduğunu bildirib:

“Dünyada müasir maliyyə-kredit münasibətləri yalnız qızıl milyard deyilənlərin maraqlarına xidmət etmək üçün qurulub. Bu qızıl milyard ölkələrin liderləri dünyanın demək olar ki, hər bir ölkəsini istismar edirlər. Texnologiya, informasiya və maliyyə sahələrindəki mövqelərindən sui-istifadə edirlər”.

Putin həmçinin bildirib ki, Rusiya Latın Amerikası, BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) və Avrasiya İqtisadi İttifaqı arasında ticarət əlaqələrini inkişaf etdirmək istəyir.


Müəllif: Yeganə Oqtayqızı