29 Dekabr 2024 17:53
268
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzi 2023-cü ili 3 milyon 738 min manat xalis mənfəətlə başa vurub.

Teleqraf.com xəbər verir ki, ötən il DİM-in əməliyyat gəlirləri 38 milyon 983 min manat olub. Bu da əvvəlki ilə nisbətən 83,4 % çoxdur. Qurumun investisiya gəlirləri 2,5 dəfə artıb.

Yeri gəlmişkən, 2023-cü ildə qurumun ticari və debitor borcları da artıb- 126 min 749 min manata çatıb. 2022-ci ildə bu rəqəm 28 min 546 manat olub.

Bu il yanvarın 1-nə DİM-in aktivləri 47 milyon 228 min manat olub. Bu da illik müqayisədə 18,2 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 51,2 % artaraq 1,9 milyon manata, balans kapitalı isə 17,1 % artaraq 45,2 milyon manata çatıb.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi 2022-ci ili 1 milyon 623 min manat zərərlə başa vurmuşdu.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər