“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sərnişindaşıma xidməti tariflərinin maya dəyərindən aşağı olması nəticəsində yaranmış zərərin örtülməsi üçün 2025-ci ilin büdcəsində quruma subsidiya nəzərdə tutulub.
Teleqraf.com Maliyyə Nazirliyi tərəfindən 2025-ci ilin dövlət və icmal büdcələri ilə bağlı məlumatları özündə birləşdirən “Vətəndaşın büdcə bələdçisi”nə istinadən xəbər verir ki, ayrılacaq subsidiyanın həcmi 27,7 milyon manat olacaq.
Eləcə də Naxçıvan Muxtar Respublikasına edilən aviareyslərə, Böyük Vətən müharibəsi iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin MDB ölkələrinə hava nəqliyyati ilə gedişlərinə edilən güzəştlər hesabına yaranan zərərin örtülməsinə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə 5,9 milyon manat ödəniləcək.
2025-ci ilin dövlət büdcəsindən İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılmasına isə 85 milyon manat vəsait ayrılması proqnozlaşdırılıb.
Sahibkarlıq subyektlərlərinin manatla aldıqları kreditlərə hesblanmış faizlərə görə subsidiyanın maliyyələşdirilməsinə 15 milyon manat məbləğində vəsait nəzərdə tutulub.