İcbari Tibbi Sığorta Fondunun 2025-ci il üçün büdcəsinin gəlirləri 2 milyard 571,7 milyon manat nəzərdə tutulub. Bu, 2024-cü illə müqayisədə 278,6 milyon manat və ya 9,8 faiz azdır.
Teleqraf.com xəbər verir ki, İcbari Tibbi Sığorta Fondunun 2025-ci il üçün büdcəsinin xərcləri 2 milyard 941,7 milyon manat olacaq.
Bu, 2024-cü illə müqayisədə 91,4 milyon manat və ya 3,2 faiz çoxdur. Beləliklə, fondun xərcləri gəlirlərini üstələyəcək.
Adambaşına düşən icbari tibbi sığorta haqqının 2020-ci ildən tətbiq olunmuş 90 manatlıq həddi 2025-ci ildə 124,1 manata çatdırılacaq.
2025-ci ilin büdcəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ayrılması nəzərdə tutulmuş 1 milyard 416,4 milyon manat vəsaitin 1 milyard 266,6 milyon manatı əhalinin icbari tibbi sığortalanmasına yönəldiləcək.
Maliyyə Nazirliyindən bildirilir ki, bu xərc əhalinin sayının ehtimal olunan artımı və ölkə üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilən sığorta haqlarına uyğun olaraq artırılıb.