Heydər Əliyev Sarayının binasında əsaslı təmir işləri ilə bağlı tender elan olunub.
Teleqraf.com xəbər verir ki, tenderdə ehtimal olunan qiymət 90 milyon 413,96 min manatdır.
Tenderlə bağlı təkliflərin son təqdim olunma vaxtı 12 fevral 2025-ci ildir. Təchizatçılar təklifləri təqdim etmək üçün istifadə və iştirak haqqı ödəməlidirlər. İştirak haqqı 180.83 manat, istifadə haqqı isə 25 manatdır.