15:15
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar “YouTube” sosial şəbəkəsində eyni məzmundan istifadə edilərək müxtəlif domenlər üzərindən həyata keçirilən fişinq hücumlarının sayı artmaqdadır. Sözügedən hücumlarda hər bir domen reklam kampaniyası vasitəsilə hədəf auditoriyalara çatdırılır.

Teleqraf.com-un Elektron Təhlükəsizlik Xidmətinə istinadən xəbərinə görə, keçirilən saxta kampaniya çərçivəsində vətəndaşlardan keçidə daxil olaraq fərdi məlumatlarını (ad, soyad, e-poçt, telefon nömrəsi) daxil etmək tələb olunur: "Daha sonra zəng vasitəsilə maliyyə vəsaitinin ələ keçirilməsi üçün bank kartı məlumatları istənilir".

"Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, hər hansı qurum adından kampaniya tipli məlumatlarla rastlaşdıqda həmin məlumatı qurumun özündən dəqiqləşdirməyi, şübhəli keçidlər, zənglər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edir", - deyə məlumatda bildirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər