Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ildə 64,1 milyard manatlıq və ya 2023-cü illə müqayisədə 1,1 faiz çox sənaye məhsulu istehsal edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Neft-qaz sektorunda məhsul istehsalı 0,5 faiz, qeyri neft-qaz sektorunda isə 7,3 faiz artıb.
Sənaye məhsulunun 64,3 faizi mədənçıxarma sektorunda, 29,8 faizi emal sektorunda, 4,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 3,6 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 6,2 faiz artıb.
Komitənin məlumatına görə, emal sektorunda əczaçılıq məhsullarının istehsalı 81,5 faiz, mebel istehsalı 45,9 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 44,7 faiz, hazır metal məmulatlarının istehsalı 38,9 faiz, elektrik avadanlıqlarının istehsalı 32,8 faiz, oxuculuq sənayesi məhsullarının istehsalı 0,9 faiz artıb.
Maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 1,2 faiz, neft məhsullarının istehsalı 11,0 faiz, poliqrafiya məhsullarının istehsalı 23,7 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 50,3 faiz, maşın və avadanlıqların istehsalı isə 51,4 faiz azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,7 faiz azalıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2,7 faiz artıb.