Ötən il Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində 1 871 müqavilə bağlanılıb ki, bu da 2023-cü illə müqayisədə 30,9% çoxdur.
Teleqraf.com İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir ki, ümumilikdə indiyə qədər mexanizm vasitəsilə 6257 ailə mənzil sahibi olub ki, onların da 60%-dən çoxunu gənclər və gənc ailələr təşkil edir.
Mexanizmi çərçivəsində vətəndaşlara 14 ünvanda mənzillər təqdim edilib. Onlardan 6-sı Bakı şəhərində, 3-ü Xırdalan şəhərində, 3-ü Abşeron rayonunun Masazır, Saray və Məmmədli qəsəbələrində, daha 2-si isə Sumqayıt şəhərində yerləşir.