12:04
12 Punto 14 Punto 16 Punto 18 Punto

2050-ci ilə qədər qlobal istiləşmənin səbəb olduğu sel, quraqlıq, tropik fırtınalar və dəniz səviyyəsinin yüksəlməsi kimi təbiət hadisələri 14.5 milyon insanın ölümə səbəb olmaqla bərabər qlobal iqtisadiyyata 12.5 trilyon dollar ziyan vuracaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Dünya İqtisadi Forumunun “İqlim dəyişiklikləri dövründə səhiyyə: dayanıqlı həllərə investisiya” adlı hesabatında qeyd edilib.

Sənədə görə, baş verəcək proseslərin qlobal iqtisadiyyata təsirlərini azaltmaq istiqamətində tədbirlər araşdırılır.

“Vaksinlərə, dərmanlara, tibbi cihazlara, sağlamlıq texnologiyalarına və iqlim xidmətlərinə sərmayə qoymaqla 6.5 milyon insanın həyatını xilas etmək, qlobal iqtisadi itkiləri 5.8 trilyon dollar azaltmaq mümkündür”,- deyə hesabatda qeyd edilir.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər