17:09
12 Punto 14 Punto 16 Punto 18 Punto

BOTAŞ fevral ayı üçün təbii qaz tariflərində dəyişiklik etməyib. Şirkət yaşayış və sənaye abonentləri üçün təbii qaz tariflərini, həmçinin elektrik enerjisi istehsalı məqsədilə istifadə olunan qazın qiyməti əvvəlki səviyyədə saxlamağa qərar verib.

Teleqraf.com xəbər verir ki, fevralda məişət istehlakçıları üçün paylayıcı şirkətlərə tətbiq ediləcək təbii qazın min kubmetr üçün satış qiyməti 5.631 lirə təşkil edəcək. Çörək istehsalçıları üçün isə bu qiymət 8.549 lirə müəyyən edilib. Elektrik enerjisi istehsalı məqsədilə istifadə edilən təbii qazın qiyməti isə min kubmetr üçün 12 min lirə olacaq.

Nəzərə çatdıraq ki, 2024-cü ilin avqustunda BOTAŞ illik istehlakı 300 min kubmetrdən çox olmayan (elektrik enerjisi istehsalçıları istisna olmaqla) müəssisələr üçün təbii qazın topdansatış qiymətlərini əvvəlki qiymətlə müqayisədə 33,1% artırıb. Əhali kateqoriyası üzrə isə tariflər 38% yüksəldilib. Halbuki təbii elektrik enerjisi istehsalında 300 min kubmetrdən çox təbii qaz istifadə edən müəssislər üzrə təbii qazın topdansatış qiyməti dəyişməyib. Qeyd edək ki, BOTAŞ sonuncu dəfə iri sənaye sahələri üçün təbii qazın qiymətini 2023-cü ilin oktyabrında - 20% artırmışdı. Sonra elektrik enerjisi istehsalçıları, kiçik və orta sahibkarlar üçün də qazın qiyməti artdı. Məişət ehtiyacları üçün təbii qazın topdansatış qiyməti isə o zaman dəyişməz qalmışdı.


Müəllif: Fatimə Bağırova

Oxşar xəbərlər