2024-cü ilin yanvar-dekabr aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 8 mlrd. 835 mln. manatdan çox vəsait ödənilib.
Teleqraf.com Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir ki, bu rəqəm 2023-cü illə müqayisədə təqribən 808,3 mln. manat və ya 10,08% çoxluq təşkil edib.
Onu da qeyd edək ki, fevraldan minimum pensiya məbləği 280 manatdan 320 manata çatdırılacaq.