26 Aprel 2015 16:25
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

"SOCAR Polymer" MMC Sumqayıt Kimya Sənaye Parkındakı zavodda polietilen istehsalı üçün Böyük Britaniyanın "Ineos Technologies" şirkətinin "Innovene S Process" texnologiyasını seçib. Bu barədə Trend Britaniya şirkətinə istinadən məlumat verir.

Məlumata əsasən, "SOCAR Polymer" MMC "Ineos" texnologiyası üzrə orta və yuxarı təzyiqli polietilen buraxacaq. "Ineos Technologies" şirkəti ilk dəfə olaraq Aərbaycan istehsalçıları üçün "Innovene" üzrə lisenziya təqdim edəcək.

Qeyd edək ki, polietilen zavodunun 2018-ci ilin sonunda istismara verilməsi planlaşdırılır.


Müəllif: