5 May 2015 17:49
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin aprel ayı ərzində Azərbaycanda 5 800-dən artıq vergi ödəyicisi qanunvericiliyi pozub.

Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, ölkədə əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 5805 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkarlanıb.

924 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 269 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 608 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib.

269 vergi ödəyicisi tərəfindən 390 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 210 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 71 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış mallar olduğu aşkarlanıb.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunamüvafiq tədbirlər görülüb.

Naibə QURBANOVA


Müəllif: