18 İyul 2015 10:48
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvar-iyun aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz artaraq 19,8 milyard manata çatıb.


Publika.az-ın məlumatına görə, onun hər nəfərə düşən həcmi 4,9 faiz artıb. Bu dövr ərzində gəlirlərin 74,2 faizi son istehlak xərclərinə, 9,4 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib. 14,0 faizi isə yığıma yönəldilib.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 18,0 milyard manat həcmində və ya əvvəlki ildəkindən 6,2 faiz çox vəsait qalıb.


Müəllif:

Oxşar xəbərlər