Bu gündən etibarən Bakı-Novorossiysk neft kəmərinin fəaliyyəti bərpa edilib.
Bunu jurnalistlərə SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev deyib.
Onun sözlərinə görə, iyun ayında bu boru kəməri ilə neft ixracının dayandırılmasına səbəb Bakı NEZ-də aparılan təmir işləri olub: “Bunun nəticəsində müəyyən həcmdə neft ehtiyatımız yarandı ki, onun da bir hissəsi Bakı-Tbilisi-Ceyhan marşrutu üzrə nəql edildi. Hazırda bütün boru kəmərləri işlək vəziyyətdədir. İstənilən marşrut üzrə istənilən həcmdə neft ixrac edə bilirik. Bu gündən etibarən Bakı-Novorossiysk kəməri ilə neft ixracı bərpa edilib. İl ərzində bu marşrut üzrə 1,5 milyon ton neft ixrac etməyi planlaşdırırıq”.