Kompleks Qazma İşləri Tresti “Pirallahı adası-quru” yatağındakı 2 yeni quyuda qazma işlərini uğurla davam etdirir.
Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, 1183 nömrəli quyunun layihə dərinliyi 795 metr, 1145 nömrəli quyunun layihə dərinliyi isə 950 metrdir.
Qeyd edək ki, “Abşeronneft” NQÇİ-nin sifarişi ilə Qirməki Altı Lay Dəstəsinə qazılan quyuların hər birindən sutkada 4 ton neft hasil ediləcəyi nəzərdə tutulub.