Neft nəhəngi ExxonMobil şirkətinə ətraf mühitin çirklədilməsinə görə 225 milyon dollar milqdarında cərimə kəsilib.
Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə qərar Nyu-Cersi məhkəməsi tərəfindən ExxonMobil şirkəti və ştat arasında olan razılşma əsasında çıxarılıb.
Nyu-Cersinin ətraf mühitin qorunması departamenti ExxonMobil şirkətinə qarşı iddianı 2004-cü ildə irəli sürmüşdü.
Əvvəlcə Nyu-Cersi ştatı şirkətdən 9 milyard dollar kompensasiya tələb edirdi, ancaq nəticədə çox daha kiçik məbləğə razılaşdı.