2 Mart 2016 10:06
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat naziri Şahin Mustafayev Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuinu qəbul edib.

Bu barədə Teleqraf.com-a İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Görüşdə nazir Ş.Mustafayev Azərbaycan və Çin arasında siyasi-iqtisadi sahədə əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci ildə Çin Xalq Respublikasına rəsmi səfərinin ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində xüsusi rolunu vurğulayıb.

Azərbaycan-Çin iqtisadi əlaqələrinə və əməkdaşlıq perspektivlərinə dair geniş fikir mübadiləsinin aparıldığı görüşdə nazir Şahin Mustafayev qeyri-neft sektorunun inkişafının Azərbaycan iqtisadiyyatının prioritet istiqaməti olduğunu bildirmiş, Çinlə sənaye, kimya, kənd təsərrüfatı, turizm, İKT və s. sahələrdə əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu diqqətə çatdırmışdır. Bundan başqa, Çin şirkətlərinin Azərbaycanda yaradılan Sumqayıt Kimya Sənaye Parkında fəaliyyəti üçün də geniş potensial mövcuddur.

Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuin ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, Azərbaycan Respublikası Prezidentinin ötən il Çinə səfəri çərçivəsində keçirilmiş görüşlərin və imzalanmış sənədlərin ölkələr arasında əlaqələrin inkişafında əhəmiyyətini vurğulayıb. Səfir Xun Tsyuin iqtisadi əlaqələrin inkişaf perspektivlərinə dair fikirlərini bölüşmüş, görüşdə səsləndirilən təkliflərin potensial investorlara çatdırılacağını bildirib.

Nazir Ş.Mustafayev Çin Xalq Respublikasının Kommersiya nazirini və iş adamlarını Azərbaycana səfərə dəvət edib.


Müəllif: