Neftin qiyməti 45 dolları ötüb.
Teleqraf.com “Bloomberg”ə istinadən xəbər verir ki, Brent markalı neft 0,71 dollar yüksələrək 45,19 dollar olub. WTI Crude markalı neft də 0,74 dollar dəyər qazanaraq 43,38 dollarda qərarlaşıb.
Qızıl da bahalaşıb. Qiymətli metalın unsiyası 5,59 dollar dəyər qazanaraq 1243 dollar olub.