11 May 2016 16:53
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 11-dən etibarən Bakıda “İmperial Tobacco” şirkətinin təşkilatçılığı ilə Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün “Tütün məmulatlarının qanunsuz dövriyyəsi ilə mübarizə” mövzusunda seminar keçirilir.

Teleqraf.com-un məlumatına görə, seminarda Dövlət Gömrük Komitəsinin müxtəlif idarələrinin əməkdaşları iştirak edir.

“İmperial Tobacco” şirkətinin qanunsuz ticarətlə mübarizə üzrə meneceri Nataliya Leşik Dövlət Gömrük Komitəsinin rəhbərliyinə göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Hazırda dünyada tütün məmulatlarının qanunsuz dövriyyəsi və bu zaman ölkələrin iqtisadiyyatına dəyən ziyan barədə rəqəmlər əsasında məlumat verən Nataliya Leşik seminar iştirakçılarının tütün məmulatlarının ekspertizası, qanunsuz daşınması, istehsalı, satişi və kontrafakt mallar barədə məlumatlandırılacağını bildirib.

Seminarda çıxış edən Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, gömrük xidməti general- mayoru Güloğlan Muradlı tütün məmulatlarının qanunsuz ticarəti və qaçaqmalçılığının hazırda dünyada vacib problemlərdən birinə çevrildiyini və gömrük orqanlarının əsas vəzifələrindən birinin də bu sahədə intensiv mübarizə tədbirlərini gücləndirmək olduğunu diqqətə çatdırıb.Tütün məmulatlarının qanunsuz dövriyyəsinin iqtisadiyyata və insan sağlamlığına ciddi təhlükə törətdiyini bildirən Komitə rəsmisiAzərbaycan gömrük orqanlarının bu sahədə həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

Tütün məmulatlarının qanunsuz dövriyyəsinin səbəbləri, yaratdiği problemlər barədə məlumat verən “İmperial Tobacco” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Elnur Bağırov isə Dövlət Gömrük Komitəsi tərəfindən bu sahədə kifayət qədər iş görüldüyünü və bu fəaliyyəti dəstəklədiklərini bildirib.

Seminarın gedişində tütün məmulatlarının qanunsuz dövriyyəsinin qarşısının alınmasına dair təcrübə mübadiləsi aparılacaq, saxta malların aşkar edilməsinin spesifik cəhətləri barədə məlumat veriləcək, gömrükçülər “İmperial Tobacco” şirkəti tərəfindən təqdim olunan müxtəlif məhsul nümunələrinin xalisliyini praktikada yoxlamaq imkanı əldə edəcəklər.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər