Yaxın günlərdə oğul anası olan Xuraman Əlizadə övladından danışıb.
Aktrisa Teleqraf.com-a açıqlamasında övladının qırxı çıxmasa da, işinə başladığını deyib: “Oğluma qaynatamın adını - Sabah Əli qoymuşuq. Rahat uşaqdır. Ona baxmağa yaxınlarım kömək edirlər. Hələ ki, oğlumun qırxı çıxmayıb. Amma dünəndən işimin başındayam. Artıq xınayaxdı mərasimlərində iştirak edirəm. Oğluma baxan insan var. Bəs neynəyim? Həyat yoldaşım da qazanır. Amma qadının öz pulu olmasını xoşlayıram. Pulunu rahat xərcləyirsən. Biri də var ki, həyat yoldaşına deyirsən ki, mənə pul ver, nə olar (gülür). Mən 18 yaşımdan işləmişəm və hər zaman istəmişəm ki, öz pulum olsun”.
Rəqsanə