Xalq artisti Ramiz Məlik sosial şəbəkə vasitəsilə müğənni Nadir Qafarzadənin fikirlərinə sərt reaksiya verib.
Teleqraf.com xəbər verir ki, söhbət Nadir Qafarzadənin instaqramda yazdığı statusdan gedir: “Bütün Azərbaycana salamlar! Məni sevənləri Allah saxlasın, sevməyənlər isə onsuz da savadsız, zövqsüz, cahillərdir! Onların sevgisi də özləri kimi “kalitəsiz”dir. Çünki mənim varlığım onları narahat edir. Mən Allahın mübarək və sevimli bəndəsiyəm. Səhifəmə daxil olub, təhqir və söyüş yazanlar, yazdıqlarınız özünüzə, ananıza, bacınıza və bütün nəslinizə… İndi ürəkli oğlan nə isə yazsın, amma telefon nömrəsi də qoysun!
Mən isə kefdəyəm. Allah sizi kölə, şanssız və yazıq yaradıb. Mən nə edim? Dostlarıma isə eşq olsun!”
Ramiz Məlik isə müğənninin bu sözlərinə qarşılıq olaraq feysbukda bunları yazıb: “Sən deyəsən ağıllanmadın. Kölə sənin nəslindir. Xalqı təhqir eləmə. Deyəsən, çox harınlamısan. Əvvəlki günlərini, əsgər olan vaxtını yadına sal. Əgər səndə abır-həya yoxdursa, sənə onu başa salarlar”.
Pərvin