9 Sentyabr 2016 17:07
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktyor Faiq Mirzəyev qızına toy edib.

Teleqraf.com xəbər verir ki, toy mərasimində əksər sənət nümayəndələri iştirak edib.

Faiq Mirzəyev 1987-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyorluğu fakültəsinə daxil olub və 1992-ci ildə həmin Universiteti fərqlənmə diplomu ilə bitirərək Musiqili teatra dəvət alıb.

O, eyni zamanda, Gənc Tamaşaçılar Teatrında və “İlham” miniatür teatrının səhnəsində də bir sıra yaddaqalan obrazlar yaradıb.

Daha sonra aktyor sənət taleyini televiziyaya bağlayıb. O, 2007-ci ildən Azərbaycanda ilk rəqəmsal televiziya kimi fəaliyyətə başlayan və yayım dairəsi daha geniş olan RTV-nin yaranmasında fəal iştirak edib. Hazırda Faiq Mirzəyev sözügedən telekanalda ömrünü Azərbaycan teatr və kino sənətinə həsr etmiş korifey qadın sənətkarlarımızın həyat və yaradıcılığından bəhs edən “Ömrün fəsilləri” verilişinin müəllifi və rejissoru, Regional Televiziya İstehsalat birliyində Yaradıcılıq Departamentinin baş direktorudur.

Pərvin


Müəllif: