14 Sentyabr 2016 08:34
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zuhal Topalın evlilik verilişinə telefonla qoşulan aktrisa Çiğdem Tunç maraqlı açıqlamalar verib.

53 yaşı aktrisa evlənmək üçün verilişə qatılan Məhəmməd adlı iştirakçını illər öncə övladlığa götürmək istədiyini bildirib.

Ç.Tunç deyib ki, çox cəhd etsə də istəyinə nail ola bilməyib.

Məhəmməd, qaldığı uşaq evinin rəhbərliyinin onu niyə övladlığa verməməsinin səbəbini isə belə açıqlayıb:

"Atam məni uşaq evinə verərkən heç kimə övladlığa verilməməyim üçün tapşırıb. Ona görə də məni heç kimə vermədilər".

Məhəmməd aktrisa ilə görüşmək istədiyini bildirib, Ç.Tunç da razılıq verib. Yaxın günlərdə onun canlı yayıma qatılacağı gözlənilir.
Axsam.az


Müəllif: