26 Sentyabr 2016 15:52
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarkana həyat yoldaşı Pınar Dilək tərəfindən sərt qadağa qoyulub.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, pərəstişkarlarının Tarkanı hər görəndə boynuna atılıb, öpməsi Pınar Diləyi bərk narahat edib. Dilək Tarkana pərəstişkarlarının onu öpməsinə şərait yaratmamasını tapşırıb.

İndi Tarkan pərəstişkarlarıyla daha ehtiyatla davranır. Artıq meqastar sevənlərinin onu öpməsinə icazə verməyib, onlarla yalnız foto çəkdirir.

Mətbuatın yazdığına görə, Tarkan qadağanı ilk olaraq həyat yoldaşıyla Almaniyaya səfəri zamanı aeroportda açıqlayıb. Tarkanla foto çəkdirən fanatları onu öpmək istəyincə “Yoldaşımın yanında heç kimi öpmürəm” deyərək, hadisə yerindən uzaqlaşıb.

Pərvin


Müəllif:

Oxşar xəbərlər