27 Sentyabr 2016 16:36
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Onun atası” qısametrajlı bədii filminin İtaliyada beynəlxalq premyerası baş tutacaq.

“Azərbaycanfilm” kinostudiyasından Teleqraf.com-a verilən məlumata görə, film 17-ci “ASIATICA, Encounters with Asian Cinema” Film Festivalının “Panorama” müsabiqə proqramına dəvət alıb.

Festival 17 sentyabr-2 oktyabr tarixlərində İtaliyanın paytaxtı Romada keçiriləcək.

Filmin rejissoru Zamin Məmmədovdur. Ekran əsərində baş rollara Şamil Süleymanov, Ülviyyə Rza çəkiliblər.

Nərmin


Müəllif: