5 Oktyabr 2016 16:54
1 973

Dünya şou-biznesində sənətçilər yaradıcılıqları ilə yanaşı malikanələri, qəsrləri ilə də diqqət mərkəzinə çıxırlar.

Yerli şou-biznes nümayəndələri də tez-tez maşınları və evləri ilə gündəmə gəlir.

Teleqraf.com müğənnilərin villalarının fotolarını təqdim edir.

Xalq artisti Nazpəri Dostəliyevanın bağ evi Novxanıda yerləşir. O, dördmərtəbəli villada yaşayır.

Aparıcı Xoşqədəm Hidayətqızı Saray qəsəbəsində, üçmərtəbəli villada yaşayır.

Xalq artisti Brilliant Dadaşovanın bağ evi Buzovnada yerləşir.

Məşhur meyxanaçı Namiq Qaraçuxurlunun bağ evi Bilgəhdədir.

Əməkdar artist Röya Ayxanın bağ evi Mərdəkanda yerləşir.

Rəqqasə Fatimə Fətəliyevanın Şüvəlanda ikimərtəbəli bağ evi var.

Nigar Camalın valideynlərinin Şüvəlanda bağ evi var.

Bir müddət əvvəl Rəqsanə İsmayılovanın mətbuatda bağ evi tikdirdiyi haqqında xəbər yayılmışdı. Amma müğənni villanın ona aid olmadığını açıqlayıb.

Prodüser Tarix (Tolik) Əliyevin ikimərtəbəli bağ evi Mərdəkanda yerləşir.

Xatirə İslamın bağ evi Novxanıda yerləşir.

Müğənni Könül Kərimova da dəbdəbəli villada yaşayan müğənnilər sırasındadır. Onun villası üçmərtəbəlidir.

Rəqsanə


Müəllif: