8 Oktyabr 2016 22:29
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yeqor qızımı boğmaq istədi. Qızımın həyatı təhlükədəydi”.


Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri məşhur Hollivud ulduzu Lindsey Lohanın anası və meneceri Dina Lohan deyib.

O, qızının rus milyonçusu Yeqor Tarabasovla münasibətinin başa çatmasına sevindiyini dilə gətirib:
“Yeqor çox gənc idi, əsasən də buna görə onların münasibətləri çox uzun çəkmədi. Gecələri yata bilmirdim. Ayrılıq qərarına çox sevindim və rahatladım. Çünki şiddət qurbanı biri olaraq qızımın da mənimlə eyni taleyi paylaşmasını istəməzdim. Təəssüflər olsun ki, bunlar yaşandı. Lindsey mənfi hadisələri geridə buraxdı və hər şeyi yenidən başladı. Ailə qurmaq və övladı olmasını istəyir”.


Dina Lohanın ən təsirli sözü isə bunlar olub: “Lindseyin geridə buraxdığı 30 il mənə 130 il kimi gəldi”.

Lindsey Lohan bir müddətdir ki, yunan iş adamı Dennis Papageorgioyla sevgilidir.

Pərvin


Müəllif:

Oxşar xəbərlər