13 Oktyabr 2016 14:40
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Elza Seyidcahan “10-dan sonra” verilişində növbəti dəfə qalmaqal yaşayıb.

Teleqraf.com xəbər verir ki, verilişdə “Xalq ulduzu” Şəhla Həmidovanın “Dünyalar qazanmıram, amma heç kimə möhtac deyiləm. Ancaq qazandığım pulla nələrsə edə bilmirəm. Mən kiminsə evini yıxmağa, kiminsə çörəyini almağa çalışmaram. O hərəkəti edən sənətçilər çox irəli gediblər. Pulları, maşınları, evləri var. Mənim isə evim yoxdur” deməsi əməkdar artist Elza Seyidcahanı özündən çıxarıb. O, ifaçının fikirlərinə əsəbiləşib: “Heç bir zaman demə ki, filankəsin nələri var. O sözləri sənə yaraşdırmıram. Sən səsini ancaq restoranlar üçün istifadə edirsən. Şükür et ki, Allah sənə böyük səhnələri də açsın. Deyirsən evin yoxdur, Allah sənə bir anda verəcək. Ona görə də susmalı və hərəkət etməlisən”.

Elza Seyidcahan bir müddət əvvəl müğənni Rəqsanə İsmayılova haqqında səsləndirdiyi fikirlərə görə qalmaqal yaşamışdı.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər