Aparıcı Zaur Kamalın öz verilişində Manaf Ağayevi “Toylarda qalaq-qalaq şabaş yığan, şəhərdə on mənzili, 6 maşını, villası olan Manaf Ağayev” kimi təqdim etməsi ifaçını əsəbiləşdirib.
Manaf Ağayev Teleqraf.com-a açıqlamasında Zaur Kamalın onunla zarafat etdiyini deyib: “Zaur Kamalla münasibətimiz çox gözəldir. Mənimlə zarafat etmək istədi. Amma zarafatın da öz yeri var. Efirdə hər şeyi demək olmaz. Ərk etdi və dedi, dostumuzdur”.
Müğənni məhərrəmlik ayı olduğu üçün yaradıcılığı ilə məşğul olduğunu deyib: “Hazırda toylar yoxdur. Ona görə də sırf öz işlərimizlə məşğuluq. Toy yoxdursa, gəlir də yoxdur. Müğənniyəm, toya gedirəm və başqa işlə məşğul olmuram”.
Rəqsanə