24 Oktyabr 2016 16:26
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyada yaşayan və fəaliyyət göstərən türk rejissor Ferzan Özpətəyin çoxdan bəri gözlənilən yeni filminin tizeri yayımlanıb.

Teleqraf.com xəbər verir ki, rejissor “İstanbul qırmızısı” adlandırdığı növbəti filmini ilk dəfə olaraq Türkiyədə və türk akyorlarıyla birgə çəkib.

Filmin süjet xəttinə görə, uzun illər əcnəbi ölkədə yaşayan yazar Orhan Şahin məşhur rejissor Dəniz Soysalın ilk kitabı üzərində çalışmaq üçün İstanbula gəlir. Dəniz zəngin həyatının son illərini ailəsiylə birlikdə bir villada yaşayır. Orhan İstanbula gələr-gəlməz özünü Dənizin qarma-qarışıq münasibətləri, dostları və ailə üzvlərinin içində tapar. O illərdən sonra gəldiyi İstanbulu yenidən kəşf etməyə başlayar.

Filmdə Türkiyənin məşhur aktyorları - Halit Ergenç, Tuba Büyüküstün, Nejat İşlər, Mehmet Günsür, Serra Yılmaz, Zerrin Tekindor, Selim Bayraktar və başqaları çəkilib.

Pərvin


Müəllif:

Oxşar xəbərlər