7 Noyabr 2016 13:55
1 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

2008-ci ildə ailə qurduğu iki övladının atası, müğənni Emre Altuğdan ötən il boşanan model-aparıcı Çağla Şikel yeni eşq yaşayır.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, model bir çox məşhur markaların sahibi olan Mehmet Ziylanın oğlu Mahmutla sevgilidir.

İddialara görə, Şikel və Ziylan 2 ay əvvəl aralarında Hakan Akkaya, Bengü və Öykü Serterin də yer aldığı ortaq dostlar vasitəsiylə tanış olub. Sevgililər ötən çərşənbə axşamı otellərin birində baş tutan tədbirdə birlikdə olublar. Çağla podiuma çıxdığı tədbir bitdikdən sonra məkandan Mahmutla birlikdə ayrılıb.

Onlar gecəyə restoranda davam ediblər. Cütlüyün bir-birini qucaqlayaraq oturması diqqət çəkib.


Müəllif: