Məşhur aktrisa Məryəm Uzerlinin “Altın kelebek” mükafatının təqdimat mərasimində dediyi sözlər geniş müzakirələrə səbəb olub.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa gecədə “Ən yaxşı kişi aktyoru” nominasiyası üzrə qalibin adını açıqlayan zaman şəxsi seçimlərində yanıldığını etiraf edib: “İndi deyəcəksiniz ki, doğru adamı o seçdi? Çünki seçə bilmirəm, haqlısınız. Neyləyim, təki sağlıq olsun. İndi bu nominasiya üzrə kimin qalib olduğunu bilirəm, yaxşı ki bilirəm, yoxsa burda nə danışardım. “Ən yaxşı kişi aktyor” nominasiyası üzrə qalib olan ayaqlarını yerə basan bir adamdır. Daxili dünyası çox gözəl olan bir adamdır…Və bunu tamaşaçıya çox gözəl hiss etdirir. Mən doğru adamı seçə bilmədiyimə görə tamaşaçılar ən doğru adamı seçiblər. Hələ də gülürsünüz, amma əslində, dediklərim heç gülməli deyil. Çünki sonra acısını mən yaşayıram”.
Məryəm sözügedən nominasiya üzrə mükafatı “Poryaz Karayel” serialında çəkilən aktyor İlker Kaleliyə təqdim edib.
“Möhtəşəm yüz il” serialında ulduzu parlayan Məryəm Uzerli o dönəmdə iş adamı Can Ateşlə sevgili idi. Ondan qalmaqallı şəkildə ayrılan Məryəm seriala çəkilməkdən də imtina edərək Almaniyaya gedib, qızı Laranı dünyaya gətirib. Qızına rəğmən Canla heç vaxt barışmayacağını deyən Məryəmin növbəti seçimi də türk kişisindən yana olub. Ötən il iş adamı Alp Özcanla sevgili olan Məryəm bu yaxınlarda münasibətlərinin bitdiyini sosial media hesabından açıqlayıb.
Pərvin