"Səni axtarıram" verilişinin ekspertlərindən biri - tanınmış jurnalist Xaqani Səfəroğlu da baş verən qalmaqalla bağlı danışıb. O, bu tipli halların dünyanın bütün ölkələrində olduğunu deyib:
O verilişi ilə bağlı dünəndən başlanan bu mübahisələrdən bu gün xəbər tutdum. (Dünən internetim olmayıb).
Veriliş ATV-nin efirində gedərkən mən jurnalist olaraq müxtəlif illərdə çəkilişə dəvət olunmuşam. İlk öncə qeyd edim ki, cəmiyyətin müxtəlif problemlərin sosiloji mesajını cəmiyyətə çatdırmaq üçün TV-lərdə bu tip layihələrdən istifadə olunur. "Səni axtarıram" verilişi də belə sosial mesaj yükünü daşıyan bir telelayihədir. Bu verlişin qəhrəmanları realdır. Yəni, tamaşaçını ekran qarşısında saxlayan da real insanların başına gəlmiş real fəlakətlərdir.
Verilşin çəkilişləri zamanı studiyada olan qəhrəmanlara çox diqqətlə baxmışam: İtikin düşən əzizini axtaran bir adamın gözündəki intizarı, təbii göz yaşlarını görmüşəm. Onlar ölüm xəbəri gələn qəhrəmanıın yasına ürəkdən ağlayır, kiminsə tapılmış itkininin xoş xəbərinə göz yaşları ilə sevinirdilər. Orada elə talelər göstərilib ki, bunu yalnız film ssenarilrində olduğunu deyə bilərdik.
Stuiyada çox ağır atmosfer olur. Bir gözü ağlayan, bir gözü gülən dərdli adamlar, hər an xəbər ala biləcəklərini gözləyən yaşlı qadınlar, ağsaqqal kişilər...Bütün bu iştirakçılar efirə əli çatmayan, az oxuyan, ictimai-siyasi həyatla ciddi maraqlanmayan orta azərbaycanlılardır. Ola bilsin verilişin təqdimatında gözə girən pafos olsun...
Amma mən iştirak etdiyim verilişlərin heç birində qondarma səhnə müşahidə etməmişəm.
Bu gün verilişlə bağlı yayılan videoya gəlincə, bunun izahı yəqin ki, veriləcək. Belə priyomlar dünya TV -efirlərində istifadə edilir. Tanınmış rus aparıcıları Dimitri Naqiyev və Andrey Malaxovun layihələrində quraşdırılmış dava-dalaş səhnələri də çox olurdu. Ola bilsin verilişin son akkordunu daha təsirli etmək üçün müəyyən göstərişlər verilsin.. Axı, ora məhkəmə deyil, TV-layihədir. Yox, əgər cəmiyyətin bu layihəyə baxmağını istəməyənlər varsa, o zaman ondan daha yaxşısını ortaya qoymalıdır...
Əsas məsələ isə verilişdə olan real həyat hekayəsidir. Təqdim olunan əhvalat gerçəkdir və tamaşaçı real qəhrəmanları görür... Çünki indi dünyada real həyat hekayələri əsas TV trendidir… “Səni axtarıram” kollektivi də baş verən hadisələri özləri düzüb-qoşmurlar, gerçək əhvalatı TV-dilində oxuculara nəql etməyə çalşırlar. Buna nə qədər nail olurlar, bu artıq tamaşaçıdan asılıdır.
Əgər bu qalmaqal reklam və pul uğrunda rəqiblərin kompromat savaşı üçündürsə o zaman Azərbaycan efirinin əksər proqramları bağlanmalıdır.
Allah heç kimə doğma adam itkisini qismət etməsin!"
Sevinc