Nizami Kino Mərkəzində "Hoqqa" filminin qala gecəsi keçirilib.
Teleqraf.com xəbər verir ki, filmin baş qəhrəmanı Dilarə Əliyeva "Hoqqa" filminin mövsümün ən gülməli filmi olacağına inandığını deyərək həyat yoldaşı Oqtay Əliyevə təşəkkür edib.
Elməddin Cəfərov isə həyəcanlı olduğunu vurğulayaraq filmi ilk dəfə kinoteatrda izləyəcəyini deyib.
Filmdə Dilarə Əliyeva, Elməddin Cəfərov, Cəfər Namiq Kamal, Vüsal Murtuzəliyev, Nofəl Şahlaroğlu, Rauf Şahsuvarov və başqaları çəkilib.
Ekran işinin ssenari müəllifi Fariz Əliyev, rejissoru Cavid Təvəkküldür.
Filmin çəkilişləri Qubada olub.
Layihə rəhbəri Oktay Əliyevdir.
Qeyd edək ki, təqdimatda "Gündəlik Teleqraf" MMC-nin rəhbəri Aynur Camalqızı, xalq artistləri Firəngiz Mütəllimova, Afaq Bəşirqızı, əməkdar artistlər Röya Ayxan, Naidə Orucova, Mehriban Xanlarova, Bəhram Bağırzadə, Mehriban Zəki, Sənubər İsgəndərli, rejissor İlham Qasımov, aparıcılar Samir Bayranlı, Şəhriyar Əbilov və başqaları iştirak edib.
Filmin nümayişi texniki problemlərə görə qeyd edilən tarixdən gec başlayıb.
Rəqsanə