14 Fevral 2017 16:12
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Sevgililər Günüdür. Teleqraf.com məşhurlara “Sevgililər Gününü qeyd edirsinizmi, sevdiyiniz insandan hədiyyə almısınızmı?” sualı ilə müraciət edib.

Səslənən fikirləri təqdim edirik:

Röya Ayxan: “Sevgililər Gününü Nəsib Nurun verilişində qeyd edəcəyik. Həyatımda sevdiyim şəxs yoxdur”.

Nadir Qafarzadə: “Sevgililər Gününü fevralın 14-də yox, mayın 2-də qeyd edirəm. Çünki həmin gün toyum olub”.

Nigar Camal: “Axşam əyləncə məkanlarının birində dostlarla yığışacağıq”.

Günay İbrahimli: “Sevgililəri təbrik edirəm. Amma düşünürəm ki, bu gün qeyd edilməməlidir”.

Fatimə Fətəliyeva: “Hədiyyəmi üç gün əvvəl almışam. Həyat yoldaşım telefon hədiyyə edib. Mənim üçün ən gözəl hədiyyə ailə üzvlərimin sağlam olması, həyat yoldaşımın və övladlarımın yanımda olmasıdır. Axşam isə ailə üzvlərimizlə Rafet El Romanın konsertinə gedəcəyik”.

Oksana Rəsulova: “Bu günü heç zaman qeyd etməmişəm. Valentin Günü dinimizə uyğun olmadığına görə heç zaman qeyd etmirəm”.

Xatirə İslam: “Ailəli adamam, Sevgililər Gününü qeyd etmirəm. Həyat yoldaşım da heç nə hədiyyə etməyib, yalan deyə bilmərəm. Hələ axşama çox var. Bayramlarda hədiyyə almaq məsələsində diqqətli insan deyil (gülür)”.

Abbas Bağırov: “Bu günü heç vaxt qeyd etmirəm. Çünki Valentin Günü bizim bayramımız deyil”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər