Bu gün Nizami Kino Mərkəzində "Stalinin başı" filminin təqdimatı oldu. Teleqraf.com xəbər verir ki, "Bozbaş pictures" in istehsalı olan film komediya janrındadır.
Filmin prodüseri İlkin Həsəni "Stalinin başı"nın "Ay brilliant" və "Axırıncı yol" filmlərindən daha iddialı olduğunu bildirib: "Bu film daha komik, daha dinamik olduğundan daha çox tamaşaçı auditoriyası toplayacaq.
Ən böyük çətinliyimiz Gürcüstanda oldu. Qərib bir ölkədə sənə heç doğma səfirliyin də dəstək olmur və orada təkbaşına çəkilişlər üçün gərəkli olan hər şeyi yalnız özün etməlisən".
O bildirib ki, filmdə ekstrimal hadisələr boldur:"Demək olar ki, filmin 80 faizi kaskodyorluq tələb edən səhnələrdən ibarətdir".
Ekran işində İlkin Həsəni, Ramil Babayev, Nicat Rəhimov, Elşən Orucov və başqaları çəkilib. Filmin rejissoru Emil Abdullayevdir.
Nərmin