“Zuhal Topalla evlənmə” verilişinin azərbaycanlı iştirakçıları Əli Əkbər və Naz Mila ayrılıblar.
Teleqraf.com xəbər verir ki, Əli Əkbər Nazla münasibətlərinə son qoyduğunu deyib: “Mənim nə etmək istədiklərim ortadadır. Artıq əvvəlki Əli yoxdur. Onu çoxdan itirdi. Naz nə istədiyini bilmir. Yazdığım məktubu burada oxuyur. Artıq məndən heç nə gözləməsin! Mənim üçün münasibətlərimiz çoxdan bitib. Əvvəlki Əli çoxdan öldü”.
Naz isə lojada əyləşəcəyini və namizəd axtaracağını deyib: “Əli gündə beş namizəd görür və mənimlə maraqlanmır. Artıq lojada oturub, namizədimi gözləyəcəm”.
Rəqsanə