20 İyul 2014 12:13
1 308
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaraşıqlı türk sənətçisi Murat Boz sevgilisi Elizin fotolarını "Instagram" hesabından silməsi və "Twitter"dən təqibi buraxması ayrılmaları barədə dedi-qodulara səbəb olmuşdu.

Murat Boz gəzən şayiələrə mətbuat açıqlaması ilə cavab verib.

Açıqlamada deyilir:

"8 ildir birlikdə olduğum, sevgini, üzüntünü, uğurları hər zaman çiyin-çiyinə paylaşdığım Eliz Sakuçoğlu ilə münasibətlərimizə qarşılıqlı hörmət çərçivəsində nöqtə qoyduq.

Ayrılıq xəbərimiz yayılandan etibarən çıxan və həqiqətə uyğun olmayan ssenariləşmiş xəbərlər 8 ildir sevgisini müqəddəs bildiyim Eliz Sakuçoğluna qarşı edilmiş böyük haqsızlıq və hörmətsizlikdir.

Ayrılıq qərarımız hər cütlük arasında yaşana biləcək problemlər və bu problemlərin münasibətlərimizə zərər verməyə başlamasının nəticəsində qarşılıqlı şəkildə alınıb.

Yaşadığımız bu həssas dönəmlə bağlı dəyərli mətbuat nümayəndələrindən daha anlayışlı olmalarını rica edirəm.

Hörmətlə, Murat Boz"

anspress


Müəllif:

Oxşar xəbərlər