Məşhur türkiyəli müğənni Hadisə Qazaxıstanda Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
Teleqraf.com xəbər verir ki, Hadisə İnstaqramda hekayə bölümündə bu sözləri yazıb:
“Qazaxıstanda qəzaya düşən təyyarədə bir çox itkinin olması ilə bağlı məlumatın üzüntüsünü yaşayıram. Başımız sağ olsun, can Azərbaycan! Xilas olanlara da keçmiş olsun. Dualarımız sizinlədir”.