Üç oğlul anası olan müğənni Nura Suri ötən gün uşaqları ilə birlikdə Türkiyəyə yollanıb.
İki gün öncə paytaxt restoranlarından birində kiçik oğlu Davidin doğum gününü qeyd edən ifaçı istirahətə başlayıb. Müğənninin dostları da Antalyadadır. Onlarla birlikdə eyni istirahət mərkəzində məşhur stilist Syama qızı və oğlu ilə dincəlir.
İfaçı istirahət zamanı çəkilən fotolarını sosial şəbəkədə paylaşıb. Sözügedən fotolar hər kəs tərəfindən maraqla qarşılanıb. İfaçının izləyicilərinə təqdim etdiyi yeni görüntüləri sizə təqdim edirik:
Anspress