Onun cibində heç kimin bir ayda qazanmadığı pul olur.
Teleqraf.com xəbər verir ki, bu sözləri tanınmış reper Anar Nağılbaz keçmiş həyat yoldaşının ittihamlarına cavab verərkən yenicağ.az-a deyib.
Reper keçmiş həyat yoldaşının sözlərini cəfəngiyyat adlandırıb və onu yalan danışmaqda günahlandırıb:
“Yalan söhbətdir. Keçmiş həyat yoldaşım işləyir, 800-1000 manat alır. Mən uşaqlarıma lazım olan qədər pul verirəm və onlar üçün bacardığımı edirəm. O xanımın üç bacısı, bir qardaşı da var. Özünü biabır etməsin. Onun cibində heç kimin bir ayda qazanmadığı pul olur. Çalışsın, uşaqlar üçün verdiyim pulları bahalı butiklərə xərcləməsin. Uşaqlar 4 gündür yanımdadır, geyimlərinə qədər almışam, əyləncə mərkəzlərinə də aparmışam. Boşboğazlıq etməsin”.
Xatırladaq ki, reperin birinci həyat yoldaşı onun ikinci dəfə evlənmə xəbərini sərt reaksiya ilə qarşılayıb və boşanmadan sonra Nağılbazın uşaqlarına baxmadığını, onları evsiz-eşiksiz qoyduğunu bildirib:
“Kirayədə qalırıq, ev pulunu vermir. Əvvəl atalıq eləsin, uşaqlarına ev qursun, sahib çıxsın, sonra gedib kiminsə xanımını gətirib bədbəxt eləsin”.