Azərbaycanlı müğənni Çinarə Məlikzadə türkiyəli pop ulduz Mustafa Cecəli ilə klip çəkdirəcək.
Teleqraf.com xəbər verir ki, Mustafa Ceceli klip çəkilişləri üçün Bakıya gəlib. Bu barədə türkiyəli müğənni özünün İnstaqram hesabında yazıb.
“14 fevralda möhtəşəm səsi ilə Çinarə Məlikzadə “Vurulmuşam bir yara” deyərək Bostancı konsert salonunu çoşduracaq. Onunla duetimizin klipi və gələcək layihələr haqqında Bakıda söhbət etdik”.
Bu barədə Çinarə Məlikzadə də özünün İnstaqram hesabında məlumat paylaşıb.