Əməkdar artist Aygün Bəylər “Şou ATV” verilişinin qonağı olub.
Teleqraf.com-un məlumatına görə, imicindən danışan ifaçı saçlarını rəngləməməsinin səbəblərini açıqlayıb:
“Sənətçinin əsl işi sənətlə məşğul olmaqdır. Arzuolunan qədər danışmamaq yaxşıdır. Bu sənətdə saç ağartdıq. Saçın ağarmağı normal haldır. Biz xalqımız üçün yarandıq.
Başa düşürəm, gözəllik dünyanı xilas edir. Görüntülü gözəllik sənət adamlarına məxsusdur. Səsi olmasa da söhbətindən, insanlığından zövq almaq mənim üçün gözəllikdir. Saç, görünüş gözəllik deyil. Qaraltdım, qızartdım, indi də ağardı saçlarım”.
Aygün Bəylər aparıcı Nanə Ağamalıyevanın "Hər zaman belə qısa görəcəyik saçlarınızı" sualına "Bəsdirin, 40-dan sonra dəyişməyəcəm" cavabını verib.