Ana olan müğənni Rəqsanə İsmayılova xəstəxanadan fotosunu paylaşıb.
Teleqraf.com-un məlumatına görə, əkiz uşaq anası olan ifaçı özünü yaxşı hiss etdiyini bildirib. Bu münasibətlə sənət dostlarından təbriklər alan müğənni onların hər birinə təşəkkür edib.
Qeyd edək ki, bu, Rəqsanənin ikinci nikahıdır. O, Rusiyada yaşayan iş adamı Fazil bəylə ailəlidir. Sənətçinin Aysun və Yağmur adlı iki qızı da var.